Ermənistan prezidentinin rüsvayçılığı davam edir
Bizi izləyin

Dünya

Ermənistan prezidentinin rüsvayçılığı davam edir

Ermənistan prezidenti Serj Sarkisyan dünyanın ən kasıb prezidenti sayılan Uruqvayın lideri Xose Alberto Muika Kordano ilə görüşüb. Məlum olduğu kimi, Kordanonun həyat tərzi dünya liderlərindən kəskin şəkildə fərqlənir. 78 yaşlı El Pepe (yerli əhali onu məhz belə çağırır) prezident iqamətgahından imtina edərək sadə evdə yaşayır. Suyu prezident həyətindəki quyudan alır.

Beləliklə, Kordano ilə görüşən Sarkisyan Ermənistana sərmayə qoymağı təklif edib. Yəni Ermənistan lideri hələ də kənd evində yaşayan və dünyanın ən kasıb prezidenti hesab edilən Kordanodan yardım istəyib.

Nəzərə alsaq ki, erməni lideri məhz yardım istəmək üçün Latın Amerikasına üz tutub, bu xahiş təəccüb doğurmur. Göründüyü kimi, Sarkisyanın, doğrudan da, qondarma soyqırımın 100 illiyini qeyd etmək üçün böyük pula ehtiyacı var.

Xatırladaq ki, gün ərzində Ermənistanın böyük ümidləri daşa dəyib. Serj Sarkisyanın Latın Amerikası ölkələrinə səfəri rüsvayçılıqla nəticələnib. Sarkisyana hörmətsizlik elə Argentinaya ayaq basdığı ilk dəqiqələrdən göstərilib. Protokol qaydaları ilə qarşılanmayan Ermənistan prezidenti və onun nümayəndə heyəti Buenos-Ayres hava limanında yoxlanılıb. Argentina mətbuatı yazır ki, Sarkisyanın yerləşdirilməsi ilə bağlı da problem yaranıb və o, bir saatdan artıq mehmanxananın foyesində gözlədilib. Səfər etdiyi ölkənin dövlət və hökumət nümayəndələri ilə görüşəcəyini zənn edən Sarkisyan, bir neçə saat da hotel otağında gözləməli olub. Ancaq nəzərdə tutulan görüşlər baş tutmayıb, Sarkisyanı qarşılamağa isə məmur tapılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm