Donetskdə döyüşlər gedir (FOTO)
Bizi izləyin

Dünya

Donetskdə döyüşlər gedir (FOTO)

Bu gün saat 15:00-dan etibarən Donetsk aeroportunun yaxınlığında yerləşən Kiyev rayonunda döyüşlər başlayıb.

Publika.az-ın məlumatına görə, yerli sakinlər Donetskdə döyüşlərin intensivləşdiyi, mərmilərin partlayışları və qara tüstü gördükləri barədə xəbər yayıb. Döyüş başlamamişdan bir qədər əvvəl aeroporta tərəf “Vostok” batalyonunun 8 tankı, yığma qoşun döyüşçüləriylə dolu 6 Kamaz keçib. Yük maşınının üstündə topların da olduğu deyilir.

Dayanacaqlarda və yaşayış evlərinin bloklarında Donetskdə və Makeyevkada "döyüş hərəkətləri zonasında əhalinin hərəkətləri " vərəqələri yapışdırılıb. Daha əvvəl belə vərəqələr Ukrayna hökümət qüvvələri tərəfindən Slavyansk, Kramatorsk və Luqansk yayılırdı.

Donetsk şəhər şurasının mətbuat xidməti qeyd edib ki, şəhərdə DXR nümayəndələrinin döyüşmək üçün kişiləri yığdığı haqda şayiələr yayılır. "Bu informasiya həqiqətə uyğun deyil” , - deyə Donetsk şəhər şurasının mətbuat xidməti bildirib.

Həmçinin, şəhər şurası Mospino şəhərinin aerodromunda yerə enmiş döyüş təyyarələri haqqında şayiələri də təkzib edib. "Bu aerodrom paraşütlə tullanmaq üçün nəzərdə tutulub. Uçuş-enmə zolağına çınqıl töküldüyündən aerodrom hərbi təyyarələri qəbul edə bilməz".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm