Prezidentə marixuana təklif etdi
Bizi izləyin

Dünya

Prezidentə marixuana təklif etdi

Kolorado ştatının Denver sakini şəhərə səfərə gəlmiş ABŞ prezidenti Barak Obamaya yüngül narkotik təklif edib.

Publika.az-ın məlumatına görə, bu şəhərdə bir müddət qabaq marixuana leqallaşdırılıb.

Dövlət başçısı gənclikdə "ot" çəkməyi sevdiyini heç vaxt gizlətməsə də lakin bu dəfə qonaqlıqdan imtina edib.

Qeyd edək ki, Barak Obamayla çəkmək istəyən Mett Enton marixuana həvəskarıdır.

Videoda yerli barlardan birinə prezidentin səfəri təsvir edilir. Kadrlarda görünür ki, dövlət başçısı əllərini pivəxanada yığışan öz tərəfdarlarına yelləyir. Qəflətən səs eşidilir: "İstəyirsən?". Obama kameraya baxır, sonra gülür, əlini təklif verənin çiyninə vurub çönür.

Bu birinci hal deyil ki, ABŞ prezidentinə marixuana təklif edilir. Obama yol gedərkən yolun qırağında kimsə yazıyla əldəqayrılma belə bir yazı qoymuşdu "Obama üçün pulsuz ot!".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm