Putin MDB kəşfiyyatçılarını qəbul edib
Bizi izləyin

Dünya

Putin MDB kəşfiyyatçılarını qəbul edib

Rusiya prezidenti Vladimir Putin MDB ölkələri təhlükəsizlik orqanları və kəşfiyyat xidməti rəhbərlərini qəbul edib.

Publika.az-ın məlumatına görə, Rusiya prezidenti ilə MDB ölkələri Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidməti rəhbərləri Muşavirəsini XIII iclasının işirakçıları arasında keçirilən görüşdə Azərbaycanın milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov da iştirak edib.

Görüşdə V. Putin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin üzərinə böyük məsuliyət düşdüyünü bildirib: “Sizin keçirdiyiniz bu görüş artıq ənənə halını alıb. Bu iclas müntəzəm olaraq keçirilir. Sözsüz ki, belə əlaqələrə tələbat var. Çünki, biz sizinlə adi olmayan bir dövrdə yaşayırıq. Fikrimcə, biz dəyişiklik dövründə yaşayırıq və bu dövr xüsusi gərginliyi ilə seçilir. Sizin qarşınızda çox çətin - ölkələrinizin xarici təhlükəsizliyini, daxili stabilliyi, narkotiklərin qeyri-qanuni dövriyyəsi, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiya və əlbəttə ki, terrorizmlə mübarizə kimi tapşırıqlar dayanır. Sizin qarşınızda dövlətlərinizin və dövlət rəhbərlərinizin vaxtında, tam və etibarlı şəkildə xarici siyasi fəaliyyətini təmin etmək tapşırığı durur”.

“Bildiyiniz kimi, Rusiya, Belarus və Qazaxıstan postsovet məkanında iqtisadi sahədə dərin inteqrasiya yolunda çox fəal hərəkət edirlər. 2015-ci il yanvarın 1-dən etibarən Avrasiya İqtisadi Birliyi fəaliyyətə başlayacaq. Bu, iqtisadi sahənin təhlükəsizliyi istiqamətində birgə işləmək üçün də əlavə şərait yaradacaq. Ümid edirik ki, bizim bu birgə işimizə siz, öz töhvənizi verəcəksiniz”, -deyə Rusiya prezidenti bildirib.

V. Putin MDB ölkələrindən olan tərəfdaşlarına xüsusi xidmət orqanları üçün kadr yetişdirməkdə kömək etməyə davam edəcəklərini də söyləyib. O, MDB ölkələri Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidməti rəhbərləri Muşavirəsini XIII iclasının işirakçılarına uğurlar arzulayıb.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm