Ukrayna Rusiya hərbi karvanını bombaladı - Video
Bizi izləyin

Dünya

Ukrayna Rusiya hərbi karvanını bombaladı - Video

Luqansk vilayətində Rusiyadan keçərək, sepratçıların köməyinə gəlmək istəyən ağır hərbi texnika karvanı Ukrayna aviasiyası tərəfindən bombardman edilib.

Axar.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, hazırda vilayətdəki şəhərlərin hər birində böyük bir panika yaşanır. İnsanlar mümkün qədər gizlənməyə çalışır. Şəhərlərə elektrik enerjisinin və içməli suyun verilməsində böyük fasilələr yaranıb. Gün ərzində 6 qadının yaralandığı, onlardan birinin isə artıq dünyasını dəyişdiyi deyilir.

Xatırladaq ki, anti-terror əməliyyatları çərçivəsində ən böyük qarşıdurma Luqansk hava limanı yaxınlığında davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm