Birma müsəlmanları ilə evlənmək qadağan olundu
Bizi izləyin

Dünya

Birma müsəlmanları ilə evlənmək qadağan olundu

Banqladeş öz vətəndaşlarına böyük hissəsi Birmada yaşayan rohinca xalqının təmsilçiləri ilə nikah bağlamağı qadağan edib.

Publika.az-ın məlumatına görə, nikahlar, hətta qaçqın statusu alanlar üçün də qadağan edilib. Banqladeş ədliyyə naziri Anisul Hok bildirib ki, indən belə bu cür nikahları qeydə almaq qadağan edilib.

Hok bildirib ki, rohinca millətinin nümayəndələri arasında yerli sakinlərlə nikaha girərək Banqladeş vətəndaşlığı almaq istəyənlərin sayı getdikcə artır. Onun fikrincə, qadağan insan haqlarının pozulması yox, qanunun təntənəsidir.

Birmada yaşayan və islama inanan rohincalar buddistlər tərəfindən təqib olunduğuna görə öz ölkələrini tərk edərək Banqladeşə sığınmağa məcbur olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm