Suriyada 250 min nəfər həlak olub
Bizi izləyin

Dünya

Suriyada 250 min nəfər həlak olub

Beynəlxalq hüquq müdafiəçiləri son üç il ərzində Suriyada vətəndaş müharibəsi zamanı 250 min nəfərin həlak olması barədə məlumat yayıb.

Publika.az-ın məlumatına görə, hüquq müdafiəçilərinin məlumat bazasında sənədlərə əsaslanaraq, təsdiq edilmiş ölümlərin miqdarı 171 mini keçib, onlardan 10 mini uşaqlardır.

İyunda Suriya prezidenti Bəşar Əsəd 89% səslə əhalinin dəstəyiylə üçüncü müddətə yenidən prezident seçilmişdi.

Onun hakimiyyətinə qarşı çıxan üsyançılar isə seçkilərin nəticələrini tanımırlar və Əsədin qoşunlarıyla mübarizəni davam edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm