İŞİD milyonlar qazanır
Bizi izləyin

Dünya

İŞİD milyonlar qazanır

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının günlük gəliri açıqlanıb.

Publika.az-ın məlumatına görə, keçmiş adı ilə İŞİD, yeni adı ilə İslam Dövləti olaraq tanınan terrorçu qruplaşma İraq və Suriyada ələ keçirdiyi bölgələrdən gəlir götürür.

Suriyadan sonra İraqı da qana bulayan terror qruplaşmasının ələ keçirdiyi neft yataqlarından satdığı mal, gündəlik 1 milyon dollar gəlir gətirir. Təşkilatın illik gəliri 365 milyon dolları ötür.

Qeyd edək ki, bu barədə "Iraq Oil Report"-un internet saytında məlumat verilib. Bildirilib ki, təkcə bu gəlir neft yataqlarından əldə etdiklərinin dəyəridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm