Dünya
Öcalan İŞİD-ə qarşı səfərbərlik elan etdi
Diyarbəkirli bitərəf millət vəkili Leyla Zana
və HDP İstanbul millət vəkili Sırrı Süreyya Öndər İmralı adasında
Abdullah Öcalanla görüşüblər.
Publika.az-ın məlumatına görə, üç saat yarım davam
edən görüşdə kürd lider millət vəkillərilə bir sıra danışıqlar
aparıb.
Ən maraqlısı isə Öcalanın İŞİD-lə bağlı verdiyi
səfərbərlik çağırışı olub. Terrorçu qruplaşmanın Suriyanın
şimal-qərbində yerləşən Kobani şəhəri hücumunu pisləyən kürd lider,
başda xalqı olmaqla, təşkilat və beynəlxalq qüvvələri onlara qarşı
səfərbər olmağa çağırıb.
"Bu terror qruplaşmasına kömək göstərənlər,
onlardan istifadə edərək, bölgədəki sülhü, əmin-amanlığı pozmağa
çalışırlar." - deyə kürd lider millət vəkillərilə danışığında
bildirib.
Qeyd edək ki, Öcalan sonda Kürd Milli konqresinin
toplanması və birliyin təmin edilməsini də
vurğulayıb.
Xatırladaq ki, Abdullah Öcalan Türkiyədə separatçı
fəaliyət göstərən və kürd etnikləri öz ətrafında toplamağa çalışan
PKK terror təşkilatının həbsdə olan lideridir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!