Braziliyada fəlakət
Bizi izləyin

Dünya

Braziliyada fəlakət

Futbol üzrə Dünya çempionatının keçirildiyi ölkə sel gəlakəti ilə üz-üzə qalıb.

Publika.az-ın məlumatına görə, DÇ-də ölkəsinin almanlara biabırçı məğlubiyyətindən məyus olan braziliyalılar daha bir faciə ilə qarşılaşıblar. Belə ki, ölkənin cənubundakı Rio Grande do Sul ştatında güclü leysan yağışlarının yağması sel fəlakətinə səbəb olub.

Təhlükədən insanların zərər görməməsi üçün 18 min adam təxliyyə edilib.

Ştatdakı minlərlə ev və iş yeri sular altında qalıb, 124 şəhərdə fövqəladə vəziyyət elan edilib və hökumətin seldən zərər çəkən bölgələrə pul köməyi edəcəyi açıqlanıb.

Təxliyyə edilənlər isə idman salonlarına, məktəbləra və digər ictimai binalarına yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm