• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukraynanın baş naziri niyə istefa verib? - YENİLƏNDİ

  • Dünya
  • 28 Yanvar 2014 14:32
  • 469 Baxış
Ukraynanın baş naziri  niyə istefa verib? - YENİLƏNDİ

Baş nazirin istefası hakimiyyətin fəndidirmi?

“Ukrayna baş naziri Nikolay Azarovun istefa haqqında bəyanatı hakimiyyətin fəndi ola bilər”.Publika.Az –ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri UDAR Partiyasından olan deputat Pavel Rozenko söyləyib.

Onun fikrincə, hökumət istefası məsələsinin parlamentin bugünkü növbədənkənar iclasında müzakirə olunmaması üçün hakimiyyət bu addımı ata bilər. “Mən bunun fənd olmasını istisna etmirəm. Hakimiyyətdən hər şeyi gözləmək olar. Hakimiyyət Regionlar Partiyasında fikir ayrılıqları olduğu üçün belə bir addım ata bilər”, - parlamentin üzvü bildirib.

P.Rozenko qeyd edib ki, N.Azarovun bəyanatından sonra prezidentin həll edəcəyi məsələ istefanı rədd etmək və ya onun yerinə başqasını təyin etməkdir. O, eyni zamanda bildirib ki, müxalifət öz hökumətini formalaşdırmaq üçün vacib şərtləri yaratmalıdır. “Müxalifətin öz hökumətini formalaşdırması üçün normal şərtlər yaradılmalıdır. Hələlik bu şərtlər yoxdur”, - o, əlavə etdi.

Xatırladaq ki, parlamentin bu gün keçirilən növbədənkənar iclasında hökumətə etimad məsələsinə baxıla bilər. Regionlar Partiyasının deputatları isə müzakirəyə çıxarılacaq məsələlərlə bağlı müstəqil şəkildə səs verəcəyi barədə qərar qəbul ediblər. Belə olan halda isə hökumətin istefaya göndərilməsi ehtimalı artır.

Parlamentin islasının açılışından dərhal sonra baş nazir N.Azarovun istefa verdiyi barədə informasiya açıqlandı.

Ömər Dağlı

12.32

Ukraynanın Baş naziri Nikolay Azarov öz vəzifəsindən istefa verib. Trend-in məlumatına görə, bu barədə Ukraynanın Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR