Şərqi Ukraynanın son XƏRİTƏSİ (Video)
Bizi izləyin

Dünya

Şərqi Ukraynanın son XƏRİTƏSİ (Video)

Ukraynanın şərqində aktiv antiterror əməliyyatları hakimiyyətin istədiyi formada davam edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, separatçılar tutduqları ərazilərin yarısından çoxunu itirib.

Dünən Donetsk vilayətinin Seversk şəhəri azad edilib.

Ukraynanın şərqində hazırda antiterror gücləri və separatçıların yerləşdiyi mövqelərin xəritəsi belədir: “Ukrayna qoşunları hazırda Karlovka rayonu yaxınlığında möhkəmlənib. “İzvarino” və “Dovjanskiy” sərhəd nəzarət- buraxılış məntəqələri separatçıların əlindədir. Onlar həmçinin Donetsk, Luqansk, Severodonetsk və Qorlovkaya nəzarət edirlər”.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, Rusiya ilə sərhəddə provokasiyalar davam edir. Dünən Ukrayna hava məkanında Rusiyanın altı vertolyotunun uçuşunun qeydə alındığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm