• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qatarda işləyən seksual manyak

  • Dünya
  • 11 İyul 2014 11:06
  • 765 Baxış
Qatarda işləyən seksual manyak

Tailand polisi 13 yaşlı qızı zorlayıb öldürən 22 yaşlı vaqon bələdçini həbs edib.

Publika.az “The Daily Mail” qəzetinə istinadla xəbər verir ki, bazar günü Surattani vilayətindən paytaxt Bankoka bacıları ilə birgə qatarla qayıdan 13 yaşlı Nonq Kaem yoxa çıxıb. Dünən isə Pranburi vilayəti ərazisində, dəmiryol yaxınlığında qızın meyiti tapılıb.

Hadisə vaxtı qızın üstündə olan iPhone telefonu itib. Polis telefondan gələn zəngləri izləyib. Zəngin telefon dükanlarından birindən edildiyi aşkarlanıb. Telefon dükanının sahibi deyib ki, iPhoneni ucuz qiymətə gənc bir oğlandan alıb. Qanuna görə, dükan sahibi onun pasportunun nömrəsini qeydiyyat dəftərçəsinə yazıb. Məlum olub ki, telefonu satan şəxs qətlə yetirilmiş qızın gəldiyi qatarın bələdçisi Vançay Saenqaodur.

Şübhəli şəxs qismində istintaqa cəlb edilən müttəhim sonradan hər şeyi etiraf edib.

O, hadisə günü digər bələdçilərlə pivə içdiyini deyib. Gecə isə Naonqun yatdığı kupeyə daxil olub. Qızcığaz yatmış vəziyyətdə olub. Vançay əli ilə onun boğazından tutub boğub ki, səsi çıxmasın. Sonra isə zorlayıb. Hadisə vaxtı qızın 2 yaşca böyük bacısı da kupedə olub. Ancaq yuxudan ayılmayıblar. Zorlanmış qız boğulduğundan səs çıxarmağa macal tapmayıb. Sonra bələdçi qızın meyitini qatardan tullayıb.

Bələdçi dindirmə zamanı həmçinin analoji iki zorlama faktını da etiraf edib. Baş vermiş hadisə ölkədə böyük rezonans doğurub. Çoxları bu cür cinayətlərə görə ölüm cəzasının bərpasını tələb edir. Hazırda Tailand qanunlarına görə, bələdçiyə yalnız 20 il azadlıqdan məhrum etmə cəzası düşür.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR