Lukaşenko od püskürdü: “Yararsız və şərəfsiz siyasətçilər…”
Bizi izləyin

Dünya

Lukaşenko od püskürdü: “Yararsız və şərəfsiz siyasətçilər…”

“Şərəfsiz siyasətçilər slavyan xalqlarının birliyinə zərbə vurdular, slavyan xalqları arasında sərhəd yaratdılar”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Kiyev-Moskva xəttində baş verənləri şərh edərkən deyib.

“Bu gün xalqlar arasında heç bir müharibə yoxdur. Ukrayna xalqı beloruslarla, ruslarla və başqaları ilə vuruşmur. Yararsız, şərəfsiz siyasətçilər var və onlar slavyan xalqlarının bu birliyini qiymətləndirmədilər. Rəqiblərimiz və düşmənlərimiz aramıza girdilər”, - Belarus prezidenti vurğulayıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti Krımın zəbt edilməsi və ölkənin şərqindəki terrorçuların silahlandırılmasına görə Rusiyanı ittiham edir. Rəsmi Kiyev Krım azad olunmadan Moskva ilə normal münasibətlər yaratmağın mümkünsüz olduğunu bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm