ABŞ Sinqapuru kimə qarşı müharibəyə hazırlayır?
Bizi izləyin

Dünya

ABŞ Sinqapuru kimə qarşı müharibəyə hazırlayır?

ABŞ Dövlət Departamenti JDAM (Joint Direct Attack Munition) yüksək dəqiqlikli bombalarının istehsalı üçün istifadə olunan avadanlığın Sinqapura satışını dəstəkləyib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Agentliyinin mətbuat xidmətindən bildirilib.

ABŞ Konqresinə 3 iyul tarixində satışla bağlı xəbərdarlıq göndərilib. Daha əvvəl Sinqapur hökuməti ABŞ-dan “MK 84” kalibrli bombalar üçün “KMU-556B/B” avadanlıq dəsti, 800 kiloqram JDAM bombaları, 100 ədəd “FMU-152A/B” partlayıcısı, 300 ədəd “PLGS” lazer dəsti, korpuslar, texniki ədəbiyyat və hərbi heyətin təlimi üçün dəstək istəyib. Hesab edilir ki, Sinqapurun istəyinin yerinə yetirilməsi iki dövlət arasında münasibətləri möhkəmləndirməyə imkan verəcək.

Sinqapur aviasiya bombalarının konversiyası üçün avadanlıq əldə etməklə Hərbi Hava Qüvvələrini gücləndirmək niyyətindədir. Sinqapurun hərbi hava gücləri Mauntenxoum təyyarə bazasında yerləşdirilib.

ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Agentliyinin mətbuat xidmətindən qeyd olunub ki, gözlənilən satış regionda silahlı qüvvələrin balansına mənfi təsir göstərməyəcək. Sinqapur terrorizmlə mübarizə sahəsində Cənub-şərqi Asiyada Amerikanın ən əhəmiyyətli partnyoru, həmçinin regionun ən böyük iqtisadi mərkəzlərindən biridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm