Qarabağda müharibə olmayacaq: Rusiyalı ekspert səbəbini açıqladı
Bizi izləyin

Dünya

Qarabağda müharibə olmayacaq: Rusiyalı ekspert səbəbini açıqladı

“Nə Rusiya, nə Amerika bu gün Qarabağ münaqişəsi ilə məşğul olmaq üçün potensiala malik deyil”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni mətbuatına açıqlamasında Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqat Mərkəzinin rəhbəri Aleksandr Skakov deyib.

O, iddiaların əksinə olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında ciddi fikir ayrılıqlarının olduğunu hesab etmir. Rusiyalı ekspert status-kvo saxlanılmasının təhlükəli olduğunu, eyni zamanda, nə Rusiya, nə də ABŞ Qarabağ münaqişəsi ilə məşğul olmaq vəziyyətində olduğunu bildirib.

“Amerikalılar regionda təsir linglərini saxlamaq istəyirlər. Nəticədə regional proseslərə cəlb olunmaq üçün yüksək aktivlik nümayiş etdirir. Həmsədr Ceyms Uorlikin bəyanatı heç nəyi bildirmir. İnandırıcı deyil ki, ABŞ nizamlanma prosesinə yardım etməyi bacaracaq. Çünki, onlar üçün münaqişənin nizamlanması ssenarisi qeyri-müəyyəndir. Onlar bilmirlər ki, nə etmək olar. ABŞ üçün həll ediləsi bir çox başqa problemlər var. Qarabağ ABŞ üçün ikinci dərəcəli məsələdir”, - A.Skakov deyib.

Onun sözlərinə görə, Rusiya da münaqişənin nizamlanmasına cəhd etmir: “Çünki bu mərhələdə Rusiyanın da özünün geosiyasi problemləri var”.

Rusiyalı ekspert əmindir ki, indiki mərhələdə hərbi əməliyyatlar yenilənməyəcək: “Ötən ilin sentyabrında Moskva Ermənistanın əlavə təhlükəsizliyi üçün söz verdi. Bakıda da bilirlər ki, hazırda müharibənin yenilənməsi ehtimalı yoxdur. Çünki Ermənistan Avrasiya inteqrasiya layihələrinə qoşulmaq yolundadır. Əgər Qazaxıstan Ermənistanın Avrasiyaya inteqrasiyası prosesinə maneə ola bilərsə, o halda Azərbaycanın əlləri azad olur və vəziyyət dəyişir. Amma indi müharibənin yenilənməsi üçün heç bir təhlükə yoxdur”.

A.Skakov Ermənistanın Avrasiya İttifaqına girişi Azərbaycanın təzyiqinə görə ləngiyir. Onun sözlərinə görə, Azərbaycan Qazaxıstanla sıx münasibətlərə malik olduğundan Astananın köməyi ilə prosesə mane olur.

“Amma əminəm ki, bütün bunlar qeyri-ciddidir. Çünki Avrasiya məkanında statusunun mübahisəli olduğu başqa ərazilər də var”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm