• USD 1,7352 0,00% EUR 1,8361 -0,35%
    • GBP 2,1594 +0,19% RUB 0,0300 +1,00%

Ukrayna ordusu Donetskə yaxınlaşıb (Video)

  • Dünya
  • 11 İyul 2014 14:44
  • 563 Baxış
Ukrayna ordusu Donetskə yaxınlaşıb (Video)

Ukrayna ordusu Rusiya sərhədindəki “İzvarino” sərhəd buraxılış məntəqəsi üzərində nəzarəti bərpa edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə antiterror güclərinin mətbuat mərkəzinin “facebook” səhifəsində deyilir.

Xəbərdə həmçinin, Ukrayna ordusunun Donetsk vilayətinin inzibati mərkəzinin 20 kilometrliyinə çatdığı bildirilir.

Luqansk şəhərində isə rusiyanın “T-72” tankları görünüb. Bu barədə jurnalist Sergey İvanov bildirdi Luqansk aeroportundakı mənbəyə istinadən “tvitter”də yazıb.

Bundan əvəvl isə hərbi jurnalist Roman Boçkala “facebook” səhifəsində Rusiyanın Rostov vilayətindən hər gün Ukraynaya Rusiya Federasiyasının hərbi texnikasının daxil olduğunu bildirib.

“Şəhərdə separatçıları çox az adam dəstəkləyir. Amma insanlar sadəcə danışmağa qorxurlar. Hərçənd hamı bilir ki, şəhərimiz vasitəsilə Ukraynaya hər gün – gecə saat birdən üçə qədər tanklar və zirehli texnika daxil olur”, - yerli sakinlərdən biri deyib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR