İŞİD ikiyə bölünür, yeni xəlifə elan edildi
Bizi izləyin

Dünya

İŞİD ikiyə bölünür, yeni xəlifə elan edildi

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət öncə İŞİD terror qrupunun lideri Əbubəkr Əl-Bağdadiyə beyət edən İŞİD-in Rakka valisi Əbu Loğman, beyətindən imtina edərək özünü xəlifə elan edib.

Suriyada İŞİD-in valilərindən olan Əbu Loğman, Bağdadiyə arxa çevrib və İŞİD-dən ayrıldığını bildirib.

Əbu Loğmanı dəstəkləyənlər üç minə qədər tvitt ataraq "Şamda xəlifənin Abu Loğman olduğunu" "Twitter" vasitəsi ilə yeni xəlifəni elan ediblər. Bundan başqa, Əbu Loğmanın Əhli-beyt (ə.s) soyundan olduğunu iddia edərək, Bağdadi kimi soysuz olmadığını bildiriblər.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm