Qəzzadan atılan raketlər yanacaqdoldurma məntəqəsinə düşdü (VİDEO)
Bizi izləyin

Dünya

Qəzzadan atılan raketlər yanacaqdoldurma məntəqəsinə düşdü (VİDEO)

Qəzzadan atılan raketlər İsrailin Aşdod şəhərində bir yanacaqdoldurma məntəqəsinə düşüb.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində biri ağır olmaqla 4 nəfərin yaralandığı bildirilib. Həvəskar kameralar tərəfindən qeydə alınan görüntülərdə Qəzzadan atılan raketlərin Aşdod şəhərini vurduğu əks olunur.

Mərmilərdən bir çoxunun İsrailin hava müdafiə sistemi tərəfindən havada məhv edilməsi də diqqət qaçmayıb. Aşdoda düşən raketlər isə bir neçə nəqliyyat vasitəsinə tuş gəlib. Şəhərdə atılan raketlərdən sonra həyacan siqnalı verilib.

İsrail Müdafiə Qüvvələrindən bildirlib ki, İsrail ordusunun son 24 saatda Qəzzadakı 81 roketatar, 21 nəzarət mərkəzini, 15 tuneli, 10 hərbi birliyi və 7 Həman binasını vurduğu bildirilib. İsrailin Qəzzaya təşkil etdiyi hava hücumlarında, bu günə qədər ən az 89 adam həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm