“Yerevanın Ankaraya hücumuna Moskvadan icazə verilib” – İddia
Bizi izləyin

Dünya

“Yerevanın Ankaraya hücumuna Moskvadan icazə verilib” – İddia

Çin Kommunist Partiyasının Hubey əyaləti üzrə rəhbəri Tehran səfərində İpək Yolunun bərpasının vacib olduğunu bildirib. Məsələ bundadır ki, ermənilər bu yolun İran üzərindən Ermənistana keçə biləcəyini iddia edirlər.

Publika.az-ın verdiyi xəbərə görə, erməni ekspert Akop Badalyanın fikrincə, İran Ermənistana üstünlük versə də, Azərbaycan bu məsələdə öndədir.

A.Badalyan qeyd edir ki, Azərbaycan bu məsələdə Ermənistanla müqayisədə daha yüksək dərəcədə müstəqilliyə malikdir: “Ermənistan Rusiyanın təzyiqi altındadır. İpək yolu isə Qafqazda Rusiya planlarına və strateji hədəflərinə ziddir. İpək yolu Rusiyanı regiondan sıxışdırıb çıxardacaq. Çünki Moskva İran-Çin ittifaqı ilə rəqabət aparmaq üçün heç bir resursa malik deyil”.

Erməni eksperti qeyd edir ki, Yerevan Çin məmurunun bəyanatına reaksiya verəcəyi də inandırıcı deyil: “Çünki bunun üçün Moskvadan icazə verilməlidir. Amma Moskvadan Yerevana Türkiyə ilə bağlı ritorikanı kəskinləşdirməyə icazə verilib. İstisna edilmir ki, Rusiya bununla Türkiyəni sıxmağa və Ankaranı Moskvanın qapılarına gətirməyə çalışır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm