Terrorçuların əks-hücum planı aşkarlandı
Bizi izləyin

Dünya

Terrorçuların əks-hücum planı aşkarlandı

Terrorçular Luqansk və Donetskdə 12 iyulda əks-hücum həyata keçirəcəklər.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Vətəndaş təşəbbüsü” ictimai təşkilatının rəhbəri Dmitri Sneqiryov bildirib.

Dmitri Sneqiryov informasiya mənbələrinin etibarlı olduğunu deyib. Onun sözlərinə görə, “Donetsk Xalq Respublikası”nın qubernatoru Valeriy Bolotov və “baş komandan" İqor Qirkin 10 iyul tarixində hərbi müşavirə keçirib.

O, müşavirədə əks-hücum məsələlərinin müzakirə olunduğunu qeyd edib.

“Mənbənin məlumatına görə, əks-hücum 12 iyul tarixinə təyin edilib. Hücum iki istiqamətdən – Luqansk-Xarkov və Donetsk- Zaporojye istiqamətindən həyata keçiriləcək”, - Sneqiryov bildirdi.

İctimai təşkilat rəhbəri bu gün Luqanska 6 tank, 6 BTR və 2 “Qrad” yaylım atəş sisteminin, Suxodolsk şəhərinə isə içində döyüşçülərin olduğu 8 “Kamaz”ın daxil olduğunu xatırladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm