Dünya
İŞİD və Bəşər Əsəd qüvvələri Azad Suriya Ordusunu tam məhv etmək üzrədir
Bəşər Əsəd ordusu Aleppo istiqamətində hücuma geçərək müharibəyədək şəhərin sənaye zonası olan Şeyx Nəccar rayonunu ələ keçirib.
Azad Suriya Ordusunun komandanlarından biri jurnalistlərə etiraf edib ki, silahlı müxalifət darmadağın olmaq üzrədir. O bildirib ki, hökumət qüvvələri ilə İŞİD qüvvələri arasında qalıblar. İki cəbhədə döyüşmək mümkünsüz olub.
Bəşər Əssəd qüvvələri Aleppo istiqamətində hücuma keçərkən, o biri tərəfdən də Əl-Bağdadinin xilafət qoşunları Azad Suriya Ordusunun nəzarətində olan vilayətləri, kəndləri, qəsəbələri ələ keçirir.
Taktiki cəhətdən münaqişənin əvvəlində İŞİD Suriya müxalifəti ilə müttəfiq olsa da, onların xilafət yaratmaq kimi məqsədi vardı. İŞİD bir çox hallarda Bəşər Əsəd ordusu ilə yox, silahlı müxalifətlə döyüşlər aparıb. Hətta müxalifətin komandirləri bir neçə dəfə bəyanatlarında Əsədlə İŞİD-in gizli razılığa gəlmələri və bir-birinə toxunmamalarına işarə edirlər.
Bu səbəbdən Azad Suriya Ordusunda fərarirlik edənlərin, o cümlədən İŞİD tərəfə keçənlərin sayı günü-gündən artır.
Silahlı müxalifətin mətbuat xidməti Ömər Əbu Layla Britaniya və ABŞ-a müraciət edərək Suriyadakı vəziyyətə diqqət etməyə, müxalifətə yardım göstərməyə çağırıb. Əks halda, Azad Suriya Ordusunun İDİŞ tərəfinə keçəcəyi ilə hədələyib.
İlqar
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...