Ukraynanı gözləyən üç ssenari
Bizi izləyin

Dünya

Ukraynanı gözləyən üç ssenari

Regionlar Partiyasından olan deputat Nikolay Djiqinin sözlərinə görə, hökumətin üzvlərinin istefaya göndərilməsi ötən şənbə günü partiyanın parlament fraksiyasının iclasında müzakirə edilib

Bu gün Ukrayna Ali Radası(parlamenti) ölkədəki siyasi böhrana həll yolu tapmaq üçün növbədənkənar iclasını keçirəcək. İslasda konkret olaraq hansı məsələlərin müzakirə ediləcəyi isə hələlik sirdir. Parlamentin spikeri Vladimir Rıbak bildirib ki, parlamentin növbədən iclası peqlamentə uyğun olaraq 150 deputatın müraciəti əsasında keçirilir. Parlament iclasından hansı qərarlar çıxa bilər və yaxud hansı nəticələri olacaq?

Publika.Az –ın verdiyi xəbərə görə, “unian.net” saytı gözləntilərlə bağlı üç ssenarini təqdim edir.

Birinci ssenari: “Fövqəladə vəziyyət"

Fövqəladə vəziyyətin tətbiqi ilə bağlı söz-söhbətlərə baxmayaraq, hakim Regionlar Partiyasının bütün üzvləri belə bunu dəstəkləmir. Növbədənkənar iclasın keçirilməsi üçün edilən müraciətin altında olan imzalar hakim partiyanın üzvlərinə aid olsa da, bu o demək deyil ki, həmin imzalar eyni zamanda fövqəladə vəziyyətin tətbiqi haqqında qərarın altında da ola bilər. Amma Regionlar Partiyasının bəzi üzvləri hökumətin istefasına səs verməyə tamamilə hazırdır. Avrasiya Tədqiqatları Mərkəzinin direktoru Vladimir Kornilov istisna etmir ki, Ali Radanın növbədənkənar iclasında fövqəladə vəziyyətin tətbiqi ilə yanaşı “coşqun” deputatların toxunulmazlığının ləğv edilməsi qərarları da ola bilər.

Müxalifət parlament iclasının gündəliyi ilə tanış deyil. “Təəssüf ki, bizdə hələ də iclasın gündəliyi yoxdur. Gündəlik olsaydı, konsultasiya keçirmək və müxtəlif ssenarilərə hazırlaşmaq olardı”, - UDAR Partiyasından olan deputatı Viktor Çumak deyib. Onun fikrincə, parlamentdə 226-dan daha çox deputatın olacağı gözlənilsə də hakimiyyət istənilən qərarları qəbul etməyə nail olmayacaq. “Batkivşina” fraksiyasından olan deputat Pavel Petrenko əmindir ki, iclasda fövqəladə vəziyyətin tətbiqi məsələsi müzakirə olunacaqsa, parlament əksəriyyəti toplaşmayacaq. “Hər şey hakimiyyətin ssenarilərindən asılı olacaq. Cəmiyyəti xəbərsiz qoymamaq üçün iclasın gündəliyini elan etmək lazım idi”, - P.Petrenko söyləyib.

Regionlar Partiyasının üzvləri isə ehtimal edir ki, iclasda 16 Yanvar tarixində qəbul edilmiş qanunlar paketi müzakirə olunacaq.

İkinci ssenari: Hər şeydə Nazirlər Kabineti günahkardır

Nazirlər Kabineti atdığı addımlarla bağlı ictimaiyyəti məlumatlandırmır. Məsələn, bazar ertəsi baş nazir Nikolay Azarov mətbuat və müxalifətin iştirakı olmadan qapalı iclas keçirdi. Bu isə belə düşünməyə əsas verdi ki, hökumət qapalı iclasda ölkədə fövqəladə vəziyyətin ttəbiqi məsələsini müzakirə edib. Baş nazirin mətbuat katibi Vitali Lukyanenko ona bəraət qazandırmalı oldu: “Baş nazirdə ənənəvi müşavirə keçirdi və gündəlikdə cari məsələlər var idi. İclasda fövqəladə vəziyyətin tətbiqi məsələsinə baxılmayıb. Bu məsələ gündəlikdə yoxdur”.

Qanunvericiliyə görə, fövqəladə vəziyyətin tətbiqinə ehtiyac barədə prezidentə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi müraciət etməlidir. Məlum olduğu kimi, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq katibi, Andrey Klyuyev ötən həftə Prezident Administrasiyasına rəhbər təyin edilib. Belə olan halda isə fövqəladə vəziyyətin tətbiqi xahişi ilə dövlət başçısına müraciəti Nazirlər Kabineti edir. Bundan sonra isə prezidentin müvafiq fərmanı rəsmi KİV-də dərc edilir, məsələyə iki gündən gec olmayaraq Ali Rada baxır və qərarını verir. Nəzərə alsaq ki, Nazirlər Kabinetinin istefası bu gün heç vaxt olmadığı kimi yaxındır. Xatırladaq, parlamentin növbədənkənar iclasına müxalifətin tələblərindən biri də hökumətin istefasıdır. “Batkivşina” fraksiyasının deputatı Arsen Avakovun sözlərinə görə, Nazirlər Kabinetinin istefası və “16 Yanvar” qanunlarının ləğvi üçün mümkün səsvermədə 13 fraksiya eyni mövqedən çıxış edəcək.

Parlament üzvlərin bəziləri müxalifətlə birlikdə Nazirlər Kabinetini istefaya göndərməyə hazır olduğunu gizlətmirlər. Regionlar Partiyasından olan deputat Nikolay Djiqinin sözlərinə görə, hökumətin üzvlərinin istefaya göndərilməsi ötən şənbə günü partiyanın parlament fraksiyasının iclasında müzakirə edilib. “Fraksiyanın iclasında deputatlar cəsarətlə deyirdilər ki, hökuməti istefaya göndərmək lazımdır”, - o, bildirib.

Üçüncü ssenari: Qarşıdurma

Dnepropetrovsk, Zaporojye və Çerkassıda nümayişçilərin həbsləri davam edir. Eyni zamanda nümayişçilər Qruşevski və Maydanda barrikadaları möhkəmləndirir.

Bütün bunlar isə tərəflərin bir-birinə əzələ nümayişini göstərir. Siyasətçilər bu oyunu başa çatdırmağı və parlamentdə razılaşmağı bacaracaqmı? “Bu prinsip etibarilə mümkündür. Amma hər şey ondan asılı olacaq ki, hakimiyyət bu gün hansısa oyuna davam edirmi və ya həqiqətənmi güzəşt istəyir? Hələlik isə yalnız dialoqa getməmək üsulu olaraq bir oyun görürəm”, - siyasi texnoloq Andrey Zolotarev hesab edir.

Siyasi texnoloqun sözlərinə görə, parlamentin fövqəladə iclasında müxalifət liderlərinin həbsindən fövqəladə vəziyyətin tətbiqinə qədər hər şeyi gözləmək olar. “Ancaq bu vəziyyəti həll etməyəcək", - o əmindir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm