Zorla ərə verilən 15 yaşlı gəlindən dəhşətli əməl (FOTO)
Bizi izləyin

Dünya

Zorla ərə verilən 15 yaşlı gəlindən dəhşətli əməl (FOTO)

Ötən gün Türkiyədə tükürpədici hadisə baş verib.


ANS PRESS-in məlumatına görə, Qaziantepdə yerləşən Yuxarı Nasirlı kəndində rəsmi nikah olmadan ərə verilən 15 yaşlı gəlin intihar edib.


Deyilənlərə görə, 3 ay bundan əvvəl ailəsinin təkidilə zorla ərə verilən 15 yaşlı Yeter Aslan ər evində xoşbəxt olmayıb. Çünki sevmədiyi kişiyə verilib. Ailəsinə qarşı çıxa bilməyən yeniyetmə çıxış yolunu həyatdan getməkdə görüb.


Dünən qayınatasıgilə qonaq gedən 15 yaşlı gəlinin ov tüfəngilə güllələnən meyiti tapılıb. Araşdırmalar zamanı gənc gəlinin intihar etdiyi məlum olub.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm