Ukrayna böhranı niyə uzanır?
Bizi izləyin

Dünya

Ukrayna böhranı niyə uzanır?

"Ukrayna xaosa doğru gedir. "Ərazi bütövlüyü" ilə "öz müqəddəratını həll etmə" arasında gərginlıik artır".

ANS PRESS-in məlumatına görə, bu haqda National interest dərgisi yazıb.

National interest qeyd edir ki, gərginliyin səngiməməsinin əsas səbəbi ABŞ və Rusiyanın bu münaqişədə öz tərəfdaşlarını geri çəkmək istəməməsidir.

"ABŞ Ukraynanın şərqindəki yaraqlılara "separatçılar", Ukrayna hakimiyyəti isə "terrorçular" deyir və Dövlət Departamenti Ukrayna hakimiyyətinin bu terminologiyadan istifadəsini pisləmir.

ABŞ Ukrayna hakimiyyətinin hərbi əməliyyatını "təmkinli və ölçülü-biçili" adlandırır, Ukrayna hakimiyyəti üçünsə bu ölüm-dirim davasıdır, yeni müdafiə naziri bəyan edir ki, "biz dayanmayacağıq".

National interest vurğulayır ki, eyni vəziyyət Rusiya tərəfdədir. Yaraqlıların lideri İqor Girkin Ukrayna ordusunu "faşistlər", "quldurlar", "soyğunçular" adlandırır.

Dərgi hesab edir ki, Ukraynada indiki böhranın həlli yolu ABŞ-ın və Rusiyanın qarşılıqlı güzəştindən keçir və onlar razılığa gəlsə, onlar Ukraynadakı tərəfdaşlarına təsir göstərə biləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm