Rus ideoloqu Putuni Ukraynayla müharibəyə çağırdı
Bizi izləyin

Dünya

Rus ideoloqu Putuni Ukraynayla müharibəyə çağırdı

Rus millətçi mütəfəkkiri Aleksandr Dugin Krımın Vladimir Putin tərəfindən Rusiyaya birləşdirilməsindən sonra “Rusiya baharı” üçün Şərqi Ukraynaya müharibə elan edilməsinin qaçılmazlığından danışıb.

Axar.az BBS-yə istinadən xəbər verir ki, Dugin prezident Vladimir Putinə Rusiyanın mənəvi üstünlüyünü saxlamaq üçün Şərqi Ukraynaya hərbi müdaxilə etməyi məsləhət görüb. O, “Rusiyanın canlanması” üçün separatçı mübarizənin artmasına dəstək verdiyini və bu mübarizəni “Rusiyanın baharı” adlandırdığını bildirib.

Xatırladaq ki, Aleksandr Dugin Rusiyanın Avrasiya hərəkatının da banisidir. Onun fikirləri neonasist rus elitası arasında populyardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm