Narkotik satışı qanuni olacaq
Bizi izləyin

Dünya

Narkotik satışı qanuni olacaq

Uruqvay Respublikasının prezidenti Xose Mujika ölkəsində narkotik satışının qanuniləşməsinin bəzi “praktik çətinliklər” səbəbi ilə gələn ilə təxirə salındığını açıqlayıb.

Axar.az xəbər verir ki, Uruqvayda narkotikin apteklər vasitəsi ilə noyabr ayından etibarən satışa çıxarılacağı gözlənilirdi.

Fransa Xəbər Agentliyinin verdiyi məlumata görə, Mujika bildirib ki, əgər bunu düzgün şəkildə həyata keçirmək istəyiriksə, yavaş-yavaş edəcəyik: “İcazə verin, bazar vəziyyətlə maraqlansın deməyəcəyik, əgər bazar bu işin başında olsa, mümkün olan ən çox miqdarın satılmasını istəyəcək”.

Parlamentdə təsdiqlənən qanun Uruqvayı narkotikin istehsalı, satışı və istehlakının qanuni olduğu ilk ölkə edib. Satış üçün lisenziyası olan apteklər narkotikin qramını 1 dollardan ucuz satacaq və istehlakçıların da ayda 40 qram istehlak etməsinə icazə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm