
Livandan İsrailin şimal bölgəsinə üç raket atıldığı açıqlanıb.
Axar.az xəbər verir ki, İsrailin Qəzzaya son günlər davamlı hücumu və Livanın İsraili vurması bölgədə vəziyyəti daha da dərinləşdirib.
Bu gün Livanın Hasbayya bölgəsindən şəxsiyyəti məlum olmayan bir
qrup tərəfindən İsrailə üç raket atılıb. Dünən axşam da İsrail
istiqamətindən atılan bir raketin Livan torpaqlarına düşdüyü qeyd
edilib. Livan təhlükəsizlik qüvvələri hadisə ilə əlaqədar şübhəli
qismində bir nəfəri saxlayıb.