• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ukrayna əsgərlərinin başının qiyməti

  • Dünya
  • 12 İyul 2014 01:01
  • 498 Baxış
Ukrayna əsgərlərinin başının qiyməti

Bu gün səhər saatlarında Luqansk vilayətində terrorçuların Rusiya istehsalı olan "Qrad" tipli ağır silahlardan istifadə etmələri ilə əlaqədar Ukrayna Prezidenti Pyotr Poroşenko təcili şəkildə güc strukturlarının fövqəladə iclasını keçirib.

Axar.az xəbər verir ki, dövlət başçısı bu növ silahlardan istifadə edənlərin tapılaraq layiqli cavablarını alacaqlarını bəyan edib. Olduqca emosional şəkildə çıxış edən prezident vurğulayıb ki, öldürülən hər ukraynalı hərbçiyə görə 100 terrorçu məhv ediləcək:

“Onların heç biri məsuliyyətdən qaça bilməyəcəklər, layiqli cavablarını alacaqlar".

Poroşenko işğaldan azad olunan hər şəhərə girərkən ukraynalı əsgərlərin yerli əhali ilə davranışlarından məmnunluq ifadə edib. Prezident minalardan təmizləmə əməliyyatlarında yüksək peşəkarlıq göstərən mühəndis-sapyor qrupunun üzvlərindən də razı qaldığını dilə gətirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR