Ukraynaya 1,5 milyard dollar yardım
Bizi izləyin

Dünya

Ukraynaya 1,5 milyard dollar yardım

Yaponiyanın xarici işlər naziri Fumio Kişida iyulun 15-dən 18-dək Ukrayna və Qırğızıstanda səfərdə olacaq. ANS PRESS-in məlumatına görə, Bu barədə nazir Tokioda keçirdiyi mətbuat konfransında məlumat verib.

F.Kişida bildirib ki, Ukraynaya səfəri zamanı o, G7-nin üzvü kimi Yaponiyanın bu ölkədə böhranın tezliklə həlli ilə bağlı mövqeyini nümayiş etdirmək istəyir.

Ukraynaya səfəri çərçivəsində F.Kişida öz ukraynalı həmkarı ilə görüşərək, ikitərəfli münasibətlərin istiqamətlərini müzakirə edəcək. Bundan əlavə, Yaponiya xarici siyasət idarəsinin rəhbəri ölkəsinin Ukraynaya 1,5 milyard dollar həcmində iqtisadi yardım göstərmək niyyətini də təsdiq edəcək.

Səfər müddətində F.Kişidanın Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşü də gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm