Çinli siyasətçi metroda qıza əl atdı
Bizi izləyin

Dünya

Çinli siyasətçi metroda qıza əl atdı

Çində yeraltı nəqliyyat vasitəsindən istifadə edən siyasətçi etdiyi hərəkət ucbatından işindən uzaqlaşdırılıb.

ANS PRESS-in məlumatına görə, Çinin Kommunist Partiyasının üzvü olan siyasətçilərdən biri Şanxay metrosunda bir qıza qarşı etdiyi nalayiq hərəkətə görə cəzalandırılıb. Belə ki, Şanxayın Jinsianq şəhərində böyük bir dövlət müəssisəsində rəhbər vəzifə sahibi və Çin Kommunist Partiyası üzvü olan 38 yaşlı Vanq Qikanq metroda yanında ayaqüstə dayanmış "şortik"li qıza bir müddət baxır. Daha sonra isə başını ona yaxınlaşdırır və əli ilə qızın ombasına toxunmağa başlayır.

Metrodakı həmin anları qarşıda əyləşən başqa bir sərnişin mobil telefonu ilə qeydə alaraq daha sonra internetə yükləyib və bu video siyasətçinin kariyerasına son qoymağa bəs edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm