Ərdoğan İŞİD-ə və İsrailə sərt ismarış göndərdi-VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan İŞİD-ə və İsrailə sərt ismarış göndərdi-VİDEO

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Yaşılay Cəmiyyətinin təşkil etdiyi iftar məclisində iştirak edib.

AzNews.az-ın məlumatına görə, iftar yeməyindən sonra çıxış edən baş nazir İsrailə və “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatına çağırış edib.

Ərdoğan çıxışında Fələstinə görə, İsrailə birmənalı şəkildə ismarış göndərib: “Ey İsrail, əgər Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsənsə, Fələstində - Qəzzada hərbi əməliyyatları dayandırmalısan”.

Baş nazir İŞİD tərəfindən girovluqda saxlanılan Türkiyə diplomatları ilə bağlı məsələyə də toxunaraq, terrorçu qruplaşmaya səslənib: “İraqdakı qardaşlarımızın sağ-salamat dönməsi üçün əlimizdən gələni edirik. Ancaq səbrimiz son həddinə gəldi. Sənə bir zərəri olmayanlara bunu edə bilməzsən. Hazırda o qardaşlarımız çox çətin şərtlərdə yaşayırlar. İŞİD-ə səslənirəm. Konsullarımızın buraxmalarını istəyirik. Bunu xüsusilə xatırladıram”.

Bu video Adobe Flash Player'ın son sürümünü gerektirmektedir.

Adobe Flash Player'ın son sürümünü indirin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm