Kriminal avtoritet necə xüsusi təyinatlı əsgərə çevrildi?
Bizi izləyin

Dünya

Kriminal avtoritet necə xüsusi təyinatlı əsgərə çevrildi?

Sankt-Peterburq hərbi məhkəməsi Bezprizornik ləqəbli avtoritet Andrey Xloyev və onun bandası barədə hökm çıxarıb. Maraqlıdır, cinayətkar dəstəyə niyə mülki məhkəmə yox, məhz hərbi məhkəmə hökm oxuyur?

Məsələ ondadır ki, Xloyevin dəstəsi hələ 2007-ci ildə ifşa olunma ərəfəsindəydi. Lakin o zaman banda başçısı ordu sıralarına yazılaraq xüsusi təyinatlıların sıralarında Rusiya-Gürcüstan müharibəsində iştirak etdi.

Xloyev kriminal karyerasına 1991-ci ildə, 17 yaşında başlayıb. O vaxt o, tambovlu qanqster Vladimir Kumarinin (ləqəbi Kum) dəstəsinin üzvləri ilə yaxınlaşdı. Vaxt getdikcə gənc cinayətkar Kumun xoşuna gəlir. Hətta avtoritet ona “bacıoğlu” deməyə başladı.

1990-cı ilərdə Xloyev dəlisovluğu ilə ad çıxarmışdı. Restoranda xoşu gəlmədiyi yeməyə görə tapançadan atəş açmaq, yaxud pul uduzduğu kazinoya balta ilə girib dava salmaq onun üçün xarakterik davranış idi.

2007-ci ildə bandanın başçısı Vladimir Kumarin həbs olunur. İstintaqdan yayınmaq üçün Xloyev Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Cənubi Osetiyanı gürcülərdən təmizləməyə gedir. Eduard Şumski və İqor Makarov adlı banda üzvləri də Xloyevə qoşularaq orduya yollanırlar.

2009-cu ildə hər üç banda üzvü ordudan tərxis olunur. 2010-cu ildə isə bir neçə gürcü biznesmenə hədə-qorxu gələrək onların küllü miqdarda pulunu ələ keçirirlər.

2012-ci ildə bandanın bütün üzvləri tutulur. Xloyevdə isə polis qorxusu yenidən “vətənə sevgi” yaradır. O yenidən ordu sıralarına yazılır.

Məhkəmə hökmü ilə Şumski və Makarov 11 il azadlıqdan məhrum etmə cəzası alıblar.

Xloyevin məhkəmə istintaqı davam edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm