ŞOK! Foto sosial şəbəkələri ayağa qaldırdı
Bizi izləyin

Dünya

ŞOK! Foto sosial şəbəkələri ayağa qaldırdı

Danimarkalı Orta şərq müxbiri Allan Sorensenin Twitter səhifəsindən paylaşdığı fotoşəkil şok effeekti yaradıb. Fotoda İsrail hərbiçilərinin Qəzzanı bombardıman edərkən bir qrup israillinin də bu mənzərəni kino kimi izlədiyi göstərilib. Bəzilərinin bombardımanı alqışlaması sosial şəbəkələrdə mənfi reaksiya doğurub.


Allan Sorensen İsveç mediasına verdiyi açıqlamada bildirib ki, Qəzza sərhədinə toplanan bir qrup israillinin, hər düşən bombadan sonra uşaq qışqırıqlarına baxmayaraq, bunu alqışlayaraq sevinc nümayiş etdiriblər.


Qeyd edək ki, bazar ertəsi günündən bu yana davam edən zərbələr nəticəsində Qəzzada ölü sayı 115-ə yüksəlib.


İordan çayının Qərb sahilində iyunun 12-də itən 3 yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc Məhəmməd Əbu Hudayr 2 iyulda məskunlaşdırılan yəhudilər tərəfindən qaçırılmış və yandırılaraq öldürülmüşdü. Bundan sonra bölgədə gərginliyin artmasıyla İsrail bazar ertəsi günü Qəzzaya "Qoruyucu xətt" adı altında əməliyyat başlatdığını bildirib.(anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm