Deputat həmkarına yağlı şillə çəkdi
Bizi izləyin

Dünya

Deputat həmkarına yağlı şillə çəkdi

Polşada siyasi qalmaqal baş verib.

Publika.az “Ria-Novosti” agentliyinə istinadən xəbər verir ki, paytaxt Varşavada Avropa Parlamentində təmsil olunan deputatların görüşü zamanı insident baş verib. Tədbiri Polşanın Xarici İşlər Nazirliyi təşkil edib.

Görüş Polşanın aparıcı telekanalları, radioları və mətbu orqanları tərəfindən işıqlandırılıb.

Gözlənilmədən deputat Yanuş Korvin-Mikke öz həmkarı Mixail Bonini şillələyib.

Boni jurnalistlərə deyib ki, deputat Yanuş söhbət zamanı 1991-ci ildə hansısa məsələyə görə yaranan incikliyi xatırlayıb və sonra isə ona şillə vurub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm