Separatçıların adları Aİ-nin sanksiyalar siyahısına salındı
Bizi izləyin

Dünya

Separatçıların adları Aİ-nin sanksiyalar siyahısına salındı

Avropa İttifaqı (Aİ) Ukrayna hadisələri ilə bağlı qəbul etdiyi sanksiyalar siyahısını genişləndirib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, siyahıya separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” rəhbərlərinin adları da daxil edilib.

Ümumilikdə, siyahıya 11 yeni ad daxil edilib. Onların arasında “Donetsk Xalq Respublikası”nın “baş naziri” Aleksandr Boroday, “Luqansk Xalq Respublikası”nın “baş naziri” Vasiliy Nikitin və “təhlükəsizlik naziri” Aleksandr Xodakovski də var.

Yeni siyahı Aİ-nin rəsmi jurnalında bu gün dərc edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm