Dünya
İvanişviliyə Gürcüstan vətəndaşlığı verildi
Gürcüstan Ali Məhkəməsi sabiq baş nazir Bidzina İvanişvilinin şikayətinə baxıb və onun Gürcüstan vətəndaşlığının bərpası barədə qərar qəbul edib.
Bununla da məhkəmə Mixail Saakaşvilinin 2 il əvvəl qəbul etdiyi
qərarı ləğv edib.
“Gürcüstan Ali Məhkəməsinin qərarının qanuni qüvvəyə mindiyi gündən
etibarən 2011-ci il oktyabrın 11-də Gürcüstan prezidenti tərəfindən
vətəndaş Bidzina İvanişvili barədə imzalanan № 602 saylı sərəncamın
qüvvədən düşdüyün elan edir”-deyə məhkəmənin qərarında deyilir.
İvanişvili 2011-ci ildə Gürcüstan vətəndaşlığından məhrum
olunmuşdu. O, siyasətlə məşğul olacağını açıqladıqdan sonra
Saakaşvili tərəfindən vətəndaşlıqdan məhrum edilmişdi. Bu qərar
üçün əsas kimi isə 2010-cu ildə İvanişvilinin Gürcüstan
vətəndaşlığından başqa, Fransa və Rusiya vətəndaşlıqlarına da malik
olması göstərilmişdi.
İvanişvili 2011-ci ilin 26 dekabrında Rusiya, daha sonra isə Fransa
vətəndaşlığından imtina etmişdi. Lakin, rəsmi Paris onun hər hansı
ölkənin vətəndaşlığını almasına qədər onu vətəndaşlıqdan
çıxarmamışdı. Əks halda o, apartidə (vətəndaşlığı olmayan şəxs)
çevrilirdi.
2012-ci ilin oktyabrında parlament seçkilərində İvanişvilinin
“Gürcü arzusu” partiyası qələbə qazandıqdan sonra Saakaşvili ona
vətəndaşlıq verməyə məcbur olmuşdu.
2013-cü ilin noyabrında isə baş nazir postunu tərk edən Bidzina
İvanişvili vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sahəsinə keçdiyini
bildirmişdi. “Vətəndaş” QHT-sini yaradan İvanişvili ölkədə
hakimiyyətlə cəmiyyət arasındakı münasibətlərin
möhkəmləndirilməsinə yönəlik fəaliyyətə başlamışdı.
/AzVision.az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK