Putin səfərində ani dəyişiklik etdi
Bizi izləyin

Dünya

Putin səfərində ani dəyişiklik etdi

Kuba səyahətini tamamlayan Rusiya prezidenti Vladimir Putin Argentinaya getməzdən öncə planda olmayan ani bir dəyişiklik edib.

Axar.az xəbər verir ki, planlaşdırılmamasına baxmayaraq, Putin Argentina səfərindən öncə Nikaraquaya getməyə qərar verib. Paytaxt Manaquaya səfər edən Putini məsləkdaşı Daniel Orteqa qarşılayıb.

Rusiya mətbuat xidmətinin rəhbərinin Dmitri Peskovun danışıqların yekunları üzrə verdiyi açıqlamalara görə, Nikaraqua və Rusiya prezidentləri iki ölkə arasındakı əməkdaşlığın bütün spektrlərini müzakirə ediblər. Əsas müzakirə mövzularından biri isə Rusiyadan bu ölkəyə kənd təsərrüfatı texnikasının təmir bazasının tədarükü və təminatı ilə bağlı olub.

Xatırladaq ki, Rusiyadan ilk dəfə bir prezidentin getdiyi Nikaraquaya daha əvvəllər sovet dövründə Xarici İşlər naziri Eduard Şvardnadze, daha sonra isə 2010-2014-cü illərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov səfər edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm