ABŞ senatoru Ahıska türklərindən məktub yazdı
Bizi izləyin

Dünya

ABŞ senatoru Ahıska türklərindən məktub yazdı

Amerikalı senator Şerrod Braun Dövlət katibi Con Kerriyə Rusiyada yaşayan Ahıska türklərinin həyatı haqqında məktub yazıb.

Axar.az xəbər verir ki, məktubda Rusiya sərhədləri içində yaşayan Ahıska türklərinin vəziyyətinin yaxşılaşdırılmasına diqqət çəkərək, sovet dövründən bəri onların ayrı-seçkiliyə, zorakılığa məruz qaldığını və 2004-2007-ci illərdə 11 min türkün xüsusi qaçqın statusunda ABŞ-a gəldiyini bildirib. Buna görə də Braun Kerriyə onların öz vətənlərinə qaytarılması ilə əlaqədar başladılmış xüsusi mühacir nizamnaməsinə yenidən baxılmasını tələb edib.

Xatırladaq ki, Ahıska türkləri 1944-cü ildə Stalinin əmri ilə öz vətənləri Gürcüstanın Ahıska bölgəsindən çıxarılaraq Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstana sürgün olunublar. Bu gün isə dünyanın müxtəlif yerlərində 500 minə yaxın Ahıska türkü yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm