• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Viran olmuş Ukrayna

  • Dünya
  • 12 İyul 2014 20:51
  • 366 Baxış
Viran olmuş Ukrayna

Ukraynanın şərqində ordu tərəfindən separatçılardan azad olunan şəhərlər xarabalığa çevrilib.

Axar.az xəbər verir ki, Ukrayna hökumətinin separatçıların nəzarətində olan Slavyansk, Kramatorsk, Drujkovka, Nikoloev, Konstantinovka və Artemivskanı azad etdikdən sonra ictimai asayiş bərpa olunub.

Ukrayna mediasının verdiyi məlumata görə, ordu birliklərinin yenidən nəzarəti bərpa etməsi nəticəsində dağıntıların aradan qaldırılmasına başlanılıb.

Qeyd edək ki, qarşıdurmaların davam etdiyi Luqansk, Donetsk, Strelkov, Karlovka, Severskdə isə yerli camaat şəhəri tərk etmək məcburiyyətində qalıb.

Onu da bildirək ki, ölkənin şərqində gedən müharibə nəticəsində 200 mindən artıq ukraynalı Rusiya ərazisinə keçib.

Xatırladaq ki, Ukraynanın şərqində gedən döyüşlər nəticəsində 510 nəfər ölüb, 1400 nəfər isə yaralanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR