Doku Omarovun növbəti hədəfi Ermənistandır - İDDİA
Bizi izləyin

Dünya

Doku Omarovun növbəti hədəfi Ermənistandır - İDDİA

“Doku Omarov Ermənistandakı rus obyektlərində terror törətmək niyyətindədir”.

“Axar.az” xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı etibarlı mənbələrinə istinadən yayıb.

Mətbuat ölkədə rus obyektlərinin çoxluğunu nəzərə alaraq, bu addımın atılacağını bildirib: “Konkret olaraq harada terror aktının baş tutacağı bəlli deyil. Amma ölkədəki rus obyektləri Rusiyadakılara nisbətən zəif qorunduğuna görə əsas hədəf olaraq buranın seçildiyi bəllidir”.

Qeyd edək ki, Doku Omarov Qafqaz İmaratının rəhbəri hesab edilir. Bu yaxınlarda Çeçenistan Prezidenti Ramzan Kadırov onun ölümü ilə bağlı açıqlama versə də, sonradan xəbər təsdiqini tapmamışdı. ABŞ isə Doku Omarov haqqında informasiya verən şəxs üçün 5 milyon dollar pul təyin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm