Maliki qüvvələri 255 sünni məhkumu öldürdü
Bizi izləyin

Dünya

Maliki qüvvələri 255 sünni məhkumu öldürdü

İnsan Haqqları Təşkilatı İraqda təhlükəsizlik qüvvələrinin 3 gün ərzində ən azı 255 məhkumu öldürdüyünü açıqlayıb.

Axar.az xəbər verir ki, yayılan məlumatda öldürülənlərin hamısının sünni olduğu bildirilib.

İnsan Haqqları Təşkilatının səlahiyyətli nümayəndəsi Co Stork İŞİD-in törətdiyi qırğınların qınanıldığını bildirsə də, hökumət qüvvələrinin cinayətlərinin diqqətdən kənarda qaldığını qeyd edib.

Qeyd edək ki, İŞİD ötən ay Mosul başda olmaq üzrə İraqın bir hissəsini nəzarət altına almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm