Türkiyənin İŞİD qorxusu
Bizi izləyin

Dünya

Türkiyənin İŞİD qorxusu

Türkiyə prezidentliyinə namizəd Səlahaddin Demirtaş bu gün etdiyi çıxışında “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı qurplaşmasının növbəti hədəfinin Türkiyə olacağını vurğulayıb.

ANS PRESS-in məlumatına görə, Öcalana yaxın HDP partiyasının həmsədri olan siyasətçi deyib: “İŞİD bu gün kürdlərə hücum edir. Bu gün Kobani İŞİD-in əlinə keçərsə, 15 gün sonra İŞİD Xatayda, 1 ay sonra Adanada olacaq. Bu işin zarafatı yoxdur. Vəziyyət bu qədər təhlükəli və dəhşətlidir".

O, prezidentliyə digər namizəd, hakimiyyətdə olan partiya AKP-nin lideri, baş nazir Rəjəb Tayyib Ərdoğanın İŞİD-ə qarşı yumşaqlıq göstərməsinə də toxunub: "Baş nazir Ərdoğanın İŞİD-lə əlaqədar çağırışı işin tragik bir istiqamətidir. Deyir İŞİD-ə qarşı sərt sözlər söyləməyin. Başkəsən, insanların başı ilə top oynayan, insanlıq şərəfini ayaqlar altına alan bu təşkilata Allaha inandıqları üçün Allah adına çağırışmı edəcəyik? Allaha inanmaq budurmu, müsəlmanlıq budurmu? Kimi aldadır baş nazir? İŞİD-i İslami bir təşkilat olaraq təqdim etməsi İslamiyyətə zidddir. Türkiyədə İslama inanan bütün müsəlmanların ayağa qalxması lazımdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm