Slavyanskda silah anbarı və vahiməli meyitlər
Bizi izləyin

Dünya

Slavyanskda silah anbarı və vahiməli meyitlər

Slavyansk və ətraf rayonlar terrorçulardan təmizlənsə də, bu məkan insanları hələ də təəccübləndirməkdə davam edir.

Axar.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, axtarış-yoxlama nəticəsində terrorçuların böyük hərbi qərargahı və külli miqdarda silah, vahimə doğuran terrorçu meyitləri aşkar olunub.

Şahidlərin sözlərinə görə, oradan həmçinin çoxlu sayda tibbi ləvazimat və iynələr tapılıb. Ekspertlər bununla terrorçuların narkotik maddələrdən istifadə etdiklərini ehtimal edirlər.

Xatırladaq ki, Ukrayna ordusunun mütəxəssisləri Slavyaskdakı digər obyektlərin də minalardan təmizlənməsi prosesini davam etdirirlər. Bu sırada şəhərin kəşfiyyat strukturunun başıbəlalı binası ön sırada yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm