• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyədən Fələstinə milyonluq yardım

  • Dünya
  • 13 İyul 2014 09:16
  • 280 Baxış
Türkiyədən Fələstinə milyonluq yardım

Türkiyə Fələstinə humanitar yardım edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilk etapda Fələstinə 1 milyon dollar məbləğində ərzaq və digər vəsaitlər göndərib.

Türkiyə hökuməti ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatı da Fələstinə yardım edib. Bölgə xalqının təcili dərman ehtiyacının qarşılanması üçün Ümumdünya Səhiyyə Təşkilatının Fələstin Ofisinə 1,5 milyon dollar məbləğində vəsait köçürülüb.

Türkiyə Qızıl Aypara Cəmiyyəti də Fələstindəki son hadisələrə biganə qalmayıb. Qurum 2 min ailəyə yardım ayırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR