İŞİD ABŞ və Kanadadan döyüşçü yığır
Bizi izləyin

Dünya

İŞİD ABŞ və Kanadadan döyüşçü yığır

Yaxın Şərqdə insanları müxtəlif yollarla öz dəstəsinə qatan terror təşkilatı İŞİD Qərbdə də döyüşçülər axtarır.

ANS PRESS-in məlumatına görə, təşkilatın təbliğat maşını adlandırılan "əl-Həyat Media Center" adlı qurumun hazırladığı videolarla, Kanada və ABŞ-dan olan insanlara çağırış edilir.

Kanadanın Ontario əyalətinin Timmins şəhərində yaşayan bir gənci öz dəstəsinə qatan terror təşkilatı yeni videolar hazırlayaraq təbliğata başlayıb. Müsəlman olduqdan sonra "Abu Muslim" adını alan kanadalı Andre Poulini İŞİD-in reklam çarxlarında nümunəvi döyüşçü kimi göstərilir. Sosial şəbəkələrdə yerləşdirilən videoda Poulinin 2013-cü ildə Dəməşqdə öldürülməsinə kimi olan həyat hekayəsi izah edilir. Kanadalı gəncin həyatı digər namizədlər üçün nümanə kimi göstərilir. Kanadanı "dar-ül küfr" adlandıran İŞİD bu ölkədə Allaha üsyan edildiyini iddia edir. Kanadalıları sıralarına çağıran terror təşkilatı onlara vədlər də verir.

Kanada Təhlükəsizlik Xidməti məsələ ilə bağlı bir neçə gün öncə açıqlama verib. Bildirlirib ki, hazırda 130-dan çox Kanada vətəndaşı dünyadakı terror təşkilatlarına qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm