Yeni müharibə başladı: İsrail ordusu Qəzzaya girdi
Bizi izləyin

Dünya

Yeni müharibə başladı: İsrail ordusu Qəzzaya girdi

İsrail ordusu Qəzzada quru əməliyyatlara başlayıb.

ANS PRESS-in məlumatına görə, artıq İsrail xüsusi təyinatlıları Fələstin ərazisində irəliləməkdir. Fələstinlilərlə İsrail ordusu arasında döyüşlər başlayıb. "Həmas"la toqquşmalarda 4 İsrail əsgərinin yaralandığı bildirilir. Fələstin tərəfindən nə qədər itki verildiyi barədə məlumat hələ verilməyib.

Bu arada yayılana məlumata görə, İsrailin pilotsuz hərbi təyyarəsi Qəzzanın cənubunda yerləşən Milli İslam Bankının binasını bombalayıb.

Qeyd edək ki, İsrail ordusunun Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 163 nəfər ölüb, 1085 nəfər isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm