Dünya
İranlı deputatlardan "İsraili durdurun" çağırışı
İran parlamentinin 210 millət vəkili BMT və İslam
Əməkdaşlıq Təşkilatından İsrailin Fələstində həyata keçirdiyi hərbi
əməliyyatları dayandırılmasını tələb edib.
ANS PRESS-in məlumatına görə, iranlı millət vəkilləri İsrailin
Qəzzadakı hərbi əməliyyatları vəhşi cinayət adlandırıb:
"Mərhəmətsiz sionist rejim mübarək Ramazan ayında Qəzzada məzlum
xalqı uşaq və qadın ayrı-seçkiliyi etmədən vəhşicə qətlə yetirir.
ABŞ və Qərb müttəfiqlərinin dəstəyini görən İsrailin bu
hərəkətlərinə İslam ölkələri laqeydcəsinə şahidlik edir".
BMT və İƏT-nın baş katibindən İsrailin günahkar elan olunmasını
istəyən deputatlar Fələstin xalqının müdafiə olunmasını
istəyiblər:
"İsrail, ABŞ və müttəfiqlərinin illərdir Suriyada reallaşdırmaq
istədikləri hədəflərə çatmamaları ardından sıra ilə İraq və
Fələstində yeni qarşıdurmalar yaratmağa başlayıblar. ABŞ və İsrail
bunu çox yaxşı bilsin ki, bölgədə yandırdıqları bütün bu atəşin
tüstüsü ən qısa zamanda onların öz gözlərini kor edəcək və bu
cinayətlər sionist rejimin sonunu sürətləndirəcək".
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR