İraqlı millət vəkilləri razılığa gələ bilmədi
Bizi izləyin

Dünya

İraqlı millət vəkilləri razılığa gələ bilmədi

İraq parlamenti bu günə təyin olunan iclasını iyulun 15-ə təxirə salıb.

ANS PRESS-in məlumatına görə, 30 dəqiqə çəkən iclasda deputatlar parlamentin spikeri, baş naziri və ölkə prezidenti vəzifələrinə namizədlərin irəli sürülməsi məsələsində razılığa gələ bilməyiblər.

Yeni seçilmiş İraq parlamentinin qarşısında bu üç təyinata namizədlərin irəli sürülməsi vəzifə kimi durur.

Aprelin 30-da İraqda keçirilmiş parlament seçkilərində baş nazir Nuri al-Malikinin rəhbərliyi ilə şiə koalisiyası qalib gəlmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm