Eks prezident dəfn edildi
Bizi izləyin

Dünya

Eks prezident dəfn edildi

Gürcüstanın eks prezidenti Eduard Şevardnadze son illər yaşadığı Krtcanis iqamətgahı ərazisində dəfn edilib.

ANS PRESS-in məlumatına görə, Şevardnadzenin dəfn edildiyi ərazidə onun həyat yoldaşı Nanuli torpağa tapşırılıb.

18.16

Gürcüstanda eks prezident Eduard Şevardnadze ilə vida mərasimi sona çatıb.

ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Gürcüstanın xarici işlər naziri Mayya Pandjikidze yayıb.

Onun sözlərinə görə, 28 ölkədən gələn qonaqlar eks prezidentin vida mərasimində yaxından iştirak ediblər.

Qeyd edək ki, Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalışıb.

1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.

2003-cü ildən sonra özünün Tiflisdəki mülkündə yaşayıb. O, Mixail Saakaşvilinin siyasətini tənqid edib. "Gürcü arzusu" koalisiyasının siyasətini dəstəkləyib.

2006-cı ildə gürcü dilində onun "Gələcək və keçmiş haqqında düşüncələr" adlı memuarları dərc edilib.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm